Azərbaycandan gedə bilmək üçün MÜQAVİLƏ İMZALADI

21 Yanvar 2022 16:00 Səbail 1 046
Azərbaycandan gedə bilmək üçün MÜQAVİLƏ İMZALADI

“Səbail”in futbolçusu Turan Manafovun taleyinə aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı müdafiəçi hazırkı komandasında qalıb.

Bir neçə gün öncə Yunanıstan təmsilçisi Volos “Olimpiakos”u ilə anlaşan Manafov bakılılarla yeni müqaviləyə qol çəkib.

“Səbail” U-21 yığmamızın sabiq üzvünün sözləşməsinin daha 1 il uzadıldığını açıqlayıb. Bu isə o deməkdir ki, futbolçu 2023-cü ilin yayına qədər hazırkı klubuna məxsusdur.

Turan Manafov 2019-cu ilin yayından “Səbail”in formasını geyinir. O, qarşıdakı 4 ayı icarə əsasında “Olimpiakos”un düşərgəsində keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti