"Səbail"in Mərdəkandakı kef-damağı və...

21 Yanvar 2022 19:40 Səbail 581
"Səbail"in Mərdəkandakı kef-damağı və...

Azərbaycan Premyer Liqasında qış fasiləsi davam edir.

6 klubumuz təlim-məşq hazırlığını Türkiyədə keçir. Yalnız "Keşlə" və "Səbail" paytaxtda qalmağa məcbur qalıb.

Bayıl təmsilçisi hazırlığa öncə "Bayıl arena"da start verdi. Sonra AFFA-nın dəstəyi ilə komanda üzvləri Mərdəkana köç etməli oldu. Burada isə şərait Antalyadan da geri qalmır.

Ən önəmlisi isə komandanın məşqlərini keçdiyi "Dalğa arena"nın ot örtüyünun ideal vəziyyətdə olmasıdır. Bayıldakı bərbad arenadan bura gələn kollektivin sevinci haqqlı olaraq yerə-göyə sığmır.

Mövsüm boyu zədədən əziyyət çəkən bir neçə futbolçu da buradakı rahatlıqdan ağız dolusu danışır və məşqlərdə tam gücü ilə iştirak edə bilir.

Amma toplanışın sonu Bayıla qayıtmaq reallığı onların kefini pozmaya bilməz. "Qorxulu yuva"ya qayıtmağa isə cəmi 2 həftədən bir qədər artıq vaxt qalır.

Məhz növbəti ayın 8-i "Səbail"i doğma meydanda "Sumqayıt"la qarşılaşma gözləyir. Ona kimi isə kef-damağa davam...

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti