
“Səbail“in müdafiəçisi Turan Manafov arzusuna çatıb.
Cari mövsüm Premyer Liqada 14 oyun keçirən və 1 qol vuran 23 yaşlı oyunçu karyerasını ölkə xaricində davam etdirəcək.
Belə ki, gənclər yığmasının sabiq üzvü Volos “Olimpiakos”una keçidi baş tutub.
Manafonun Bayıl klubu ilə müqaviləsi yayda başa çatacaq. «Dənizçilər» Turanla sözləşməni daha 1 il müddətinə uzadıb və Yunanıstanın II Liqa təmsilçisinə icarəyə verib. O, qarşıdakı 4 ayı Ellada torpağında keçirəcək.
Razılaşmaya əsasən, “Olimpiakos” azərbaycanlı futbolçunu birdəfəlik transfer etmək haqqına sahibdir.
Bunun üçün onlar “Səbail”in istədiyi təzminatı ödəməlidir. Söhbət ortalama 50 min dollardan gedir.
SPORTİNFO.AZ