Azərbaycandan getdiyi deyilən futbolçu "Sportinfo"ya DANIŞDI

17 Yanvar 2022 14:40 Səbail 1 408
Azərbaycandan getdiyi deyilən futbolçu "Sportinfo"ya DANIŞDI

Günlərdi “Səbail”in müdafiəçisi Turan Manafovun Yunanıstana yollanacağı ilə bağlı xəbərlər gündəmi zəbt edib.

Hətta Yunanıstan mətbuatında 24 yaşlı müdafiəçisinin Yunanıstana gəldiyini, tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacağı barədə məlumatlar da yayılıb.

Bəs əsl həqiqət necədir? Sualımıza cavab olaraq Sportinfo.az-a açıqlamasında futbolçu bunları dedi:

"Yox, Yunanıstanda deyiləm. Məsələ tam həll olunmalıdır ki, mən də gedim. Bu şayiələrin hardan gəldiyini bilmirəm.

Klublar arasında danışıqlar gedir. Mənimlə bütün razılıq əldə olunub. İndi klubların pulda razılıq əldə etməsi lazımdır.

Getmək istədiyim başqa bir neçə klub da var. İnşallah, yaxın günlərdə danışıqlar xoş sonluqla yekunlaşar".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti