Legioner alınmayacaq, qapıçı axtarılır, iki gənc sınanır...

16 Yanvar 2022 17:40 Səbail 1 169
Legioner alınmayacaq, qapıçı axtarılır, iki gənc sınanır...

Çempionatın ilk yarısını sonuncu pillədə başa vurub Antalyaya getməkdən məhrum olan “Səbail” təlim-məşq toplanışını Bakıda davam etdirir.

“Dənizçilər” yanvarın 18-də və 24-də “Keşlə” ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

İndiki məqamda isə baş məşqçi və klub rəsmilərinin başı qapıçı axtarışına qarışıb. Kamran Ağayevin karyerasını başa vurmasından sonra “çərçivə” Elxan Əhmədovun ümidinə qalıb.

Təcili axtarışa çıxan rəsmilər Rəşad Əzizlini “Zirə”dən qopara bilməyincə, çətin vəziyyətdə qalıb. Yerli “kiper” axtarışları hələ ki, səmərə vermir.

“Səbail” Yunanıstandan qayıdan Tural Bayramlı ilə müqavilə bağlamağa hazırlaşır. Çox güman, qış fasiləsində başqa transfer olmayacaq.

Azərbaycanlı qapıçı tapa bilsələr, başqa məsələ. Hə, hazırda düşərgədə iki gənc futbolçu sınanır. Baş məşqçi Aftandil Hacıyev ən yaxşı halda onların keçidinə “hə” deyə bilər.

Büdcə sıxıntısı yaşayan Bayıl təmsilçisi yola 4 legionerlə davam edəcək. Yurgen Qoxa, Nikolas Raysel, Camal Araqaon və Domantas Şimkusa başqa əcnəbi qoşulmayacaq. Klubun maddi imkanları buna imkan vermir.

Hətta Turan Manafov hansısa kluba 50-60 min manata satılsa belə, bu, hansısa əcnəbinin “Səbail”ə keçidinə səbəb olmayacaq.

Bir sözlə, Aftandil Hacıyevin görəcək günləri qabaqdadır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"