Paytaxt klubunun yeni transferi Yunanıstandan XƏBƏR gözləyir

14 Yanvar 2022 23:40 Səbail 886
Paytaxt klubunun yeni transferi Yunanıstandan XƏBƏR gözləyir

Tural Bayramlının "Səbail"ə keçdiyini xəbər vermişdik.

Amma yarımmüdafiəçini hələ də paytaxt klubunun üzvü kimi təqdim etmək olmaz. Çünki "Səbail"lə bütün detallarda razılıq əldə edən həmyerlimiz daha öncəki klubu olan "Pierikos"dan hələ də sənədlərini ala bilməyib.

Yunan klubu ilə danışıqlar davam edir. Yalnız lazım olan sənədlər göndəriləndən sonra Tural rəsmi müqaviləyə imza ata biləcək.

Sentyabrda legioner həyatı yaşamaq üçün Yunanıstana gedən Bayramlı müəyyən problemlərlə rastalşınca vətənə qayıtmağa qərar vermişdi.

O, Yunanıstanın aşağı liqa klubunda cəmi 45 dəqiqə oynama fürsəti tapa bilmişdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti