Paytaxt klubunda NARAHATLIQ sona çatdı

13 Yanvar 2022 22:20 Səbail 1 115
Paytaxt klubunda NARAHATLIQ sona çatdı

Qış fasiləsində ölkəni tərk etməyən iki klubdan biri də "Səbail"dir.

Hazırlıqlara öncə "Bayıl Arena"da start verən komanda ayın 10-dan "Dalğa Arena"ya köç edib.

Yerli futbolçular ilk gündən toplanışda olsa da, əcnəbilərin gəlməsi gecikirdi.

Bu isə narahatlıq yaradırdı. Ki, birdən klublarını dəyişmək istəkləri olar. Hər halda maliyyə vəziyyəti heç də ürəkaçan olmayan klubda belə ehtimal hər an var.

Amma artıq narahatlığa əsas yoxdur. Çünki dünəndən bütün əcnəbilər də komandanın hazırlığına qoşulub. Və ən azı mövsümün sonuna kimi onların "Səbail"lə davam edəcəkləri dəqiqləşib.

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!