Yığmanın keçmiş futbolçusu "Səbail"ə baş məşqçi təyin olundu

12 Yanvar 2022 10:20 Səbail 1 659
Yığmanın keçmiş futbolçusu "Səbail"ə baş məşqçi təyin olundu

“Səbail”in U-13 komandasında baş məşqçi dəyişikliyi qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, bir neçə gün öncə sözügedən komandanı çalışdıran Mahmud Əhmədov postundan ayrılıb.

2018-ci ildən etibarən “Səbail”in U-9, U-10, U-11, U-12 və U-13 komandalarında baş məşqçi vazifəsində çalışan gənc mütəxəssisin klubla müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunub. O, bundan sonra “Neftçi”də çalışacaq.

“Səbail”in U-13 komandasının yeni baş məşqçisi isə Elnur Abdullayev təyin olunub. Hansı ki, o, bu vaxta qədər “dənizçilər”in U-14 komandasında köməkçi məşqçi kimi çalışırdı.

Elnur Abdullayev futbolçu karyerası dönəmində “Turan”, “Neftçi”, “Bakı”, “Olimpik”, “Muğan”, “Xəzər Lənkəran”, “Simurq”, “İnter” (indiki “Keşlə”) və “Sumqayıt”da forma geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti