Kamran Ağayev niyə belə qərar verdi: 1000 manata görə, yoxsa..?

11 Yanvar 2022 09:40 Səbail 3 070
Kamran Ağayev niyə belə qərar verdi: 1000 manata görə, yoxsa..?

Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev karyerasını başa vurub.

35 yaşlı qolkiper bu barədə son olaraq çıxış etdiyi “Səbail”in rəhbərliyinə bildirib.

İlyarımlıq fasilədən sonra 2020-ci ilin avqustunda yenidən futbola dönmüş kiper qərarının səbəbini psixoloji durumu ilə əlaqələndirib.

O, davamlı olaraq üzləşdiyi zədələrdən sonra özünü yaxşı hiss etmədiyini söyləyib. Ağayev deyib ki, əvvəlki formasını bərpa edəcəyinə inamı qalmayıb və əsəbləri yaranmış vəziyyətə dözmür.

Bayıl klubunda aylıq qazancı 1000 manatı keçməyən Kamran bundan sonra futbolda qalmaq niyyəti olduğunu vurğulayıb.

Təcrübəli “əlcək sahibi“ 2008-2018-ci illərdə millimizdə çıxış edən Ağayev 78 oyunda meydana çıxıb.

O, “Şəfa”, “Turan”, “Xəzər Lənkran”, “Bakı”, “Qəbələ”, “Kayserispor”, “Karşıyaka” (hər iki Türkiyə), “İnter” (Bakı), “Boavişta” (Portuqaliya), “Mlada Boleslav” (Çexiya) və “Keşlə”də də çıxış edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti