"Aftandil müəllimin rəhbərliyi altında oynamaq xoş olacaq" - yeni transfer

23 İyul 2021 20:00 Səbail 1 208
"Aftandil müəllimin rəhbərliyi altında oynamaq xoş olacaq" - yeni transfer

"Yeni mövsüm maksimum nəticə üçün çalışacağıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in yarımmüdafiəçisi Elşən Abdullayev deyib.

"Qarabağ" və "Neftçi"nin sabiq üzvü karyerası ilə bağlı etdiyi seçimə belə aydınlıq gətirib: "Səbail"də yaxşı kollektiv var. Həqiqətən, bu belədir. Baş məşqçi Aftandil müəllimi uzun müddətdir tanıyıram. Onun rəhbərliyi altında oynamaq xoş olacaq. Burada daha çox oynamaq şansı qazanıb, formamı bərpa edəcəyimə inanıram".

Elşən Abdullayevin son klubu "Sabah" olub. O, zədə səbəbindən arxada qalan mövsümdə meydana çıxa bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi