Elxan Məmmədov Premyer Liqa məşqçisini necə müdafiə etdi?

23 İyun 2021 19:00 Səbail 1 013
Elxan Məmmədov Premyer Liqa məşqçisini necə müdafiə etdi?

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “Səbail”in baş məşqçisi Aftandil Hacıyevə öz dəstəyini nümayiş etdirib.

Sportinfo.az-ın məlumatına görə, o, federasiya mənsublarıyla keçirdiyi toplantıda gənc mütəxəssisə inandığını bildirib.

E.Məmmədov 3 ildir “dənizçiləri” çalışdıran Hacıyevin böyük potensiala malik olduğunu söyləyib.

Qurumun bir nömrəli şəxsi “Səbail”i ilk dəfə Avropa Liqasına çıxarmış sükançını indiki halda heç kimin əvəz edə bilməyəcəyini vurğulayıb.

AFFA mansubu komandanın son 2 sezonda çətin dönəmdən keçməsinə, ciddi maliyyə sıxıntıları çəkməsinə diqqət yönəldib.

Məmmədov məhz Hacıyevin hərtərəfli fəaliyyəti nəticəsində “Səbail”in kollektiv ruhunu qoruduğunu xatırladıb və belə məşqçilərə güvənməyin gərəkli olduğunu dilə gətirib.

Ümumiyyətlə, son günlər “Səbail” atrafında qəribə hadisələr baş verməkdədir. AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov gözlənilməz təkliflə çıxış edib.

O, yenidən aktif futbol həyatına dönmək istəməsi barədə federasiya rəhbərliyinə müraciət ünvanlayıb.

Uzun illər millidə və müxtəlif klublarda çalışmış və heç bir uğur əldə etməmiş Sadıqov bu dəfə gözünü «Səbail»ə dikib. O, Bayıl təmsilçisinin prezidenti olmaq fikrinə düşüb və AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşdə açıq şəkildə dilə gətirib.

Komitə sədri hətta komandaanın sükanı arxasında kimi görməyi düşündüyünü də söyləyib, konkret olaraq Şahin Diniyevin adını çəkib.

E.Məmmədov V.Sadıqovun təklifini qəbul etməyib. Belə ki, icraçı vitse-prezident Sadıqovun “Səbail”də uğurlu olacağına inamsız yanaşıb və riskə getməyib. O, Ş.Diniyevin yenidən məşqçilik sahəsinə dönüşünə razılıq verməyib.

Qurumun bir nömrəli şəxsi 2017-ci ildə “Kəpəz”dən qalmaqallı şəkildə uzalaşdırılan, adı burada baş verən maliyyə maxinasiyalarına qarışan və reputasıyası heç də birmənalı olmayan Diniyevin “Səbail”ə gəlişinin mənfi reaksiya doğuracağını təxmin edib, bu səbəbdən komitə mənsublarına mədəni surətdə “gedin, öz yerinizdə oturun” həqiqətini anladıb.

Digər Xəbərlər
Xəbər Lenti