
Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, "Sabah" "Bank Respublika Arena"da "Sumqayıt"ı qəbul edib.
Görüş meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Matçda hesabı qonaqlar açıblar. 27-ci dəqiqədə çempionatın bombardiri Əli Qurbani dəqiq zərbə ilə komandasını önə keçirib.
"Gənclik şəhəri" təmsilçisinin heyətində Cavid İmamverdiyev avtoqol müəllifi olub. Qarşılaşmada son nöqtəni 90+5-ci dəqiqədə Səbuhi Abdullazadə qoyub.
Bu qələbədən sonra xallarını 14-ə çatdıran "Sumqayıt" yenidən liderliyə yüksəlib. "Sabah" isə 6 xalla 6-cı sırada qalıb.