"Sabah" mövsümdə ilk qələbəsini qazandı - Yenilənib

13 Sentyabr 20:55 Sabah 704
"Sabah" mövsümdə ilk qələbəsini qazandı - Yenilənib

Azərbaycan Premyer Liqasında 2-ci tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun qapanış matçında “Sabah” Masazırda “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirib.

İlk turda “Qarabağ”a məğlub olan paytaxt təmsilçisi xal hesabını açmağı hədəfləmişdi. Əyalət təmsilçisi isə mövsümün açılış turunda “Zirə” ilə bərabərə qalmışdı. Bu komandaların öz aralarındakı görüşdə isə “Sabah” darmadağınla qalib gəlib.

2-ci turun əvvəlki günlərdə baş tutan oyunlarında “Zirə” səfərdə “Səbail”ə (2:1), “Sumqayıt” isə “Neftçi”yə (2:0) qalib gəlib. “Keşlə” – “Qarabağ” matçında qapılara qol vurulmayıb.

13 sentyabr

“Sabah” – “Qəbələ” 3:0

Qol: C.Diniyev, 17. B.Mustafazadə, 27. R.Şeydayev, 64.

Qırmızı vərəqə: S.Alxasov, 77 (ikinci sarı).

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov.

Masazır. “Bank Respublika Arena”, 19:00.

Sabah: 1. Saşa Stamenkoviç (k), 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 4. Bəhlul Mustafazadə, 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 30. Mario Marina, 10. Yevgeni Koçuk, 18. Xulio Sezar Rodriqes, 5. Nikola Vuyadinoviç, 2. Amin Seydiyev.

Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 28. Kevin Kubemba, 11. Ozan Can Kökcü, 60. Abbas Ağazadə, 29. Ceyhun Nuriyev, 77. Veysəl Rzayev.

Baş məşqçi: Visente Qomes.

Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 70. Ülvi İsgəndərov, 77. Merab Giqauri, 32. Nikolas Raysel, 22. Rodriqo Qattas, 13. Yurgen Qoxa, 2. Vinko Medimoreç, 10. Rövlan Muradov, 55. İdris İnqilablı.

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, . Ehtiram Şahverdiyev, 14. Cavid Hüseynov, 26. Stefan Vukçeviç, 17. Yaovi Akakpo, 19. Samir Qurbanov, 71. Rüfət Əhmədov.

Baş məşqçi: Elmar Baxşıyev.

Xəbər Lenti
17 Sentyabr 18:40 "Qarabağ" günahkardımı?
17 Sentyabr 18:30 "Biz bunun qurbanı olduq"
17 Sentyabr 18:10 Neymarın cəzası verildi