Anar karyerasını Rusiyada davam etdirəcək - FOTO

5 Avqust 2020 22:40 Sabah 1 028
Anar karyerasını Rusiyada davam etdirəcək - FOTO

"Sabah"ın futbolçusu Anar Panayev Azərbaycandan ayrılıb.

Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Sportinfo.az-a bildirib ki, gənc yarımmüdafiəçi karyerasını Rusiyada davam etdirəcək.

Beəl ki, o, III liqa təmsilçisi "Legion-Dinamo"ya keçib. Mahaçqala təmsilçisi Azərbaycan və Rusiya vətəndaşlığı daşıyan 20 yaşlı futbolçu ilə 1 illik müqavilə bağlayıb.

E.Həmidov deyib ki, A.Panayevlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyindən, "Sabah" onun keçidinə görə hər hansı təzminat almayıb.

Əslən Dağıstandan oolan Anar "Anji"nin yetirməsidir. 2019-cu ilin yayında "Sabah"la 3 illik müqavilə bağlayan yarımmüdafiəçi ötən mövsüm cəmi 1 matçda meydana çıxıb. Bu da aldığı ağır zədəylə bağlıdır.

Digər Xəbərlər
Xəbər Lenti