"Sabah" yeni transferini bu cür təqdim etdi - VİDEO

3 Avqust 2020 12:58 Sabah 1 063
"Sabah" yeni transferini bu cür təqdim etdi - VİDEO

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi monteneqrolu müdafiəçi Nikola Vuyadinoviçlə bir illik müqavilə bağlayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Serbiyanın “Srvena Zvezda” klubunun yetirməsi olan Nikola karyerası ərzində “Rad” (Serbiya, 2004/05), “Zeta” (Monteneqro, 2005/06), “Radniçki” (Serbiya, 2006/07), ÇSKA (Sofiya, Bolqarıstan, 2007/08), “Unirea Alba Yulia” (Rumıniya, 2009/10), “Aberdin” (Şotlandiya, 2010/11), “Yavor” (Serbiya, 2012), “Şturm” (Avstriya, 2012-2014), “Osasuna” (İspaniya, 2014/15, 2017), BSU (Çin, 2015/16), “Lex” (Polşa, 2017-2019) klublarında çıxış edib.

Onun son komandası Sloveniya “Domjale”si (2019/20) olub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!