"Ehtiyac görülsə, yeni futbolçu transfer edə bilərik"

1 Avqust 2020 10:52 Sabah 998
"Ehtiyac görülsə, yeni futbolçu transfer edə bilərik"

"Sabah" Premyer Liqada üçüncü mövsümünə fərqli ab-hava və iddia ilə start verəcək.

Bu, birmənalıdır. Jelko Sopiçlə yolları ayıran Masazır klubu Visente Qomesi baş məşqçi postuna gətirib.

Avrokuboklara vəsiqə əzmi ilə yola çıııxan komandaya hələlik 7 yerli futbolçu cəlb olunub. Bunlar Amin Seydiyev, Samir Məhərrəmli, İdris İnqilablı (hamısı “Qəbələ”), Slavik Alxasov ("Keşlə"), Nicat Mehbalıyev ("Qarabağ"), Aleksey İsayev ("Sumqayıt") və Camal Cəfərovdur ("Anji", Rusiya).

Şübhəsiz, kollektivə qoşulacaq yeni legionerlər də olacaq. "Domjale"dən (Sloveniya) Nikola Vuyadonoviçlə danışıqlar aparan «Sabah»ın daha 3 əcnəbi oyunçuyla anlaşmağa yaxın olduğu bildirilir,

Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bu haqda Sportinfo.az-a deyib: "Komandaya yeni futbolçunun cəlb edilməsi baş məşqçi və rəhbərliyin verəcəyi qərardır. Yeni mövsümün başlamasına hələ vaxt var. Ehtiyac görülsə, yeni futbolçu transfer edilə bilə"».

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi