“Neftçi“ və “Qarabağ“ da istədi, “Sabah” müqavilə bağladı

9 İyul 2020 12:16 Sabah 1 571
“Neftçi“ və “Qarabağ“ da istədi, “Sabah” müqavilə bağladı

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubun rəsmi saytı Sportinfo,az-ın iyulun 3-də yaydığı xəbəri rəsmən açıqlayıb (https://www.sportinfo.az/idman_xeberleri/sabah/87379.html).

Bakı təmsilçisi Aleksey İsayevi transfer edib. “Neftçi“ və “Qarabağ“ın da danışıqlar apardığı 24 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanıb.

İsayev karyerası ərzində Rusiyanın “Yenisey” (2014-17, 2017/18) və “Zenit-2” (2016/17) klublarında çıxış edib. Azərbaycan millisinə də dəvət almış futbolçunun son komandası “Sumqayıt” (2018-2020) olub.

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah”, daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli, Nicat Mehbalıyev və Slavik Alxasovu heyətinə cəlb edib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq