"Sabah" Afrikanın tanınmış hücumçusunu almaq istəyir

21 Aprel 2020 12:45 Sabah 717
"Sabah" Afrikanın tanınmış hücumçusunu almaq istəyir

“Sabah” Cənubi Afrikanın “Orlando Pirates” klubunda çıxış edən Vinsent Pule ilə maraqlanır.

Sportinfo.az-ın “Citizen” nəşrinə istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisi 28 yaşlı hücumçunu transfer siyahısına daxil edib.

“Sabah”ın digər cənubi afrikalı oyunçu Hendrik Ekşteyni aldıqdan sonra bu ölkənin futboluna maraq göstərdiyi və futbolçularını izlədiyi bildirilir. “Orlando Pireates”in rəsmi təklif gəldikdə qəbul edib-etməyəcəyi bəlli deyil.

Hendrik Ekşteyn 2019-cu ilin yayında "Sabah"a keçib. O, carı mövsümün qış transfer dönəmindən "Səbail"in formasını geyinir.

Vinsent Pule ölkəsində "Orlando Pirates"lə yanaşı, "Afrikan Varriors" və "Vidvest Vits" komandalarının da şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti