Sportinfo.az-ın ŞOK XƏBƏRİ təsdiqini tapır – Ramil "Sabah" yolunda!

17 Fevral 2020 01:10 Sabah 1 476
Sportinfo.az-ın ŞOK XƏBƏRİ təsdiqini tapır – Ramil "Sabah" yolunda!

"Sabah" yeni transfer etməyə hazırlaşır.

Bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. "Sabah" sosial şəbəkələrdə etdiyi paylaşımda "o, sabah gəlir" deyə qeyd olunub.

Transfer anonsunda futbolçunun xüsusiyyətləri arasında əzmkar, mübariz, möhkəm, iradəli, çevik, inadkar, sürətli, sərrast kimi ifadələr yer verilib. Bu səbəbdən yeni transferin hücumçu olacağı gözlənilir.

Bu futbolçunun millimizin hücumçusu Ramil Şeydayev olacağı ehtimal olunur. Çünki anonsda yer alan 9, 90, 11 nömrələri onun geyindiyi forma nömrələridir. Hazırda azad agent statusu daşıyan Ramilin son klubu Moskva "Dinamo"su olub.

Şeydayevin "Sabah"la danışıqlar aparması haqda ilk xəbəri Sportinfo.az-ın yaydığını xatırladaq. Fevralın 7-də verdiyimiz xəbərdə bu transfer görüşməsindən bəhs etmişdik (https://www.sportinfo.az/idman_xeberleri/neftci/77500.html).

Digər Xəbərlər
Xəbər Lenti