“Qarabağ”a qol vuran sabiq “Qalatasaray”lı deyir ki...

21 Aprel 16:30 Sabah 1 146
“Qarabağ”a qol vuran sabiq “Qalatasaray”lı deyir ki...

“Hər oyun digərindən fərqlənir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın hücumçusu Cesse Sekidika deyib.

Vaxtilə Türkiyədə “Qalatasaray”ın formasını geyinmiş nigeriyalı legioner Premyer Liqanın son turunda qol vurduğu və 3:2 hesabıyla udduqları “Qarabağ” haqda danışıb.

“Köhlən atlılar” daxili yarışlarda sonuncu məğlubiyyətini də 2 ay əvvəl “Sabah”dan almışdı. Bu baxımdan "Sabah"ı “Qarabağ”a tərs rəqib saymaq olar?

Afrikalı forvardı dinləyək:

“Hər oyunda yaxşı nəticə qazanmaq çox çətindir. “Qarabağ”la son oyunlarımız uğurlu alındı.

Bunu sırf nə iləsə əlaqələndirməzdim. Sadəcə, yaxşı oynadıq və planlaşdırdıqlarımızı meydanda reallaşdıra bildik.

Bizi qarşıda bir-birindən vacib 6 oyun gözləyir. İnanıram ki, həmin oyunlarda da yaxşı nəticə qazanacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti