"Düşünürəm ki, əsl potensialımızı hələ tam nümayiş etdirməmişik"

03:20 Sabah 66
"Düşünürəm ki, əsl potensialımızı hələ tam nümayiş etdirməmişik"

"Sabah" Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacağı Finlandiya təmsilçisi "KuPS"la oyunlara ciddi hazırlaşacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a komandanın yarımmüdafiəçisi Umarali Raxmonaliyev açıqlama verib.

O, qitənin bir nömrəli klub turnirindəki növbəti rəqib haqqında danışıb:

"Bu turnirdə ölkə çempionları mübarizə aparır. Çempionlar Liqasının təsnifat mərhələsində bizi asan rəqiblər gözləmir. Bu səbəbdən qarşıya qoyulan hədəfə çatmaq üçün bu matça da ciddi hazırlaşacağıq".

U.Raxmonaliyev I təsnifat mərhələsində Uelsin TNS komandasına qarşı hər iki matçdakı qalibiyyətin kollektivə faydalı olduğunu söyləyib:

"Hər qələbə komandaya daha çox özünəinam və növbəti oyunlar üçün əlavə motivasiya qazandırır.

TNS ilə səfər qarşılaşmasında təkcə oyuna nəzarət baxımından keyfiyyətimizi göstərməməli, həm də evdə qazandığımız qələbədən sonra xarakter nümayiş etdirməliydik.

Sevindirici haldır ki, bunun öhdəsindən gəldik. Düşünürəm ki, əsl potensialımızı hələ tam nümayiş etdirməmişik.

Optimal formaya çatmaq üçün hələ üzərimizdə işləməliyik. Ümid edirəm ki, növbəti oyunlarda daha baxımlı futbol sərgiləyəcək və daha uğurlu nəticələr əldə edəcəyik".

"Sabah" "KuPS" ilə ilk matçını iyulun 21-də Bakıda keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!
17 İyul 08:30 Slovakiyaya qalib gəldik