“Sabah"ın "KuPS"la oyunlarında kimləri görəcəyik?

02:00 Sabah 76
“Sabah"ın "KuPS"la oyunlarında kimləri görəcəyik?

“Sabah”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "KuPS"a (Finlandiya) qarşı keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.

Sportinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, Bakıda oynanılacaq ilk görüş Polşadan olan hakimlər briqadasına tapşırılıb.

Matçı Lukaş Kujma idarə edəcək. Ona yan xətt hakimləri qismində Yakub Vinkler və Pyotr Podbyelski köməklik göstərəcəklər.

Dördüncü hakim funksiyasını Marçin Şerboviç yerinə yetirəcək. VAR-a Pavel Maleç, AVAR-a Pavel Pskit təyin olunub.

Finlandiyada keçiriləcək cavab oyunu isə İsraildən olan hakimlərə həvalə edilib. Baş hakim Qal Leybovitzin köməkçiləri Roy Hassan və Yossi Babayoff olacaq.

Dekel Zino isə dördüncü hakim kimi fəaliyyət göstərəcək. VAR Daniel Bar Natan-a, AVAR Eitan Şumelevitzə tapşırılıb.

Bu komandalar arasında ilk görüş iyulun 21-də (saat 20:00), cavab qarşılaşması isə bir həftə sonra Finlandiyada (Bakı vaxtı ilə 19:00) keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!
17 İyul 08:30 Slovakiyaya qalib gəldik