Azərbaycan çempionu üçün tələb olunan İKİ TRANSFER

17:40 Sabah 261
Azərbaycan çempionu üçün tələb olunan İKİ TRANSFER

«Sabah» minimal tapşırığı Uelsdə yerinə yetirdi.

Çempionlar Liqasına ilk dəfə qatılan komanda üçün birinci mərhələni geridə qoymaq yeni yolun başlanğıcıdır.

Düz düzdür, onun iki başı olmur. «Sabah» rəhbərliyi bu yay ən doğru olanı edib.

Çempion heyəti qorumaq, Valdas Dambrauskasın bəyəndiyi legionerləri orkestrin gözünə qatmaqla.

TNS avrokubokların ilk mərhələsində qarşımıza çıxan rəqiblər arasında ən güclüsüdür. Ancaq bu, o demək olmasın ki, TNS güclüdür.

Uels çempionatının birincisi «Sabah»la evdəki matçda bir az tərpəniş göstərdi, yaxın və uzaq məsafələrdən zərbələrlə Stas Pokatilovun sayıqlığını yoxladı.

Qazaxıstanlı qapıçını xüsusən ilk hissədəfə üç-dörd dəfə narahat etdilər. Bu da ilk oyundakı 0:2 hesablı məğlubiyyətin revanşını almaqdan ötrü edilən son çırpıntılar idi.

Dambrauskas, yəqin ki, yönətimindən yeni müdafiəçi alınmasını istəyəcək. Stiv Solvetin olub-olmasından asılı olmayaraq. Birinci zonanın mərkəzi beton kimi möhkəm təsir bağışlamır.

İkinci mərhələdə «Kups»u bu müdafiə xəttiylə də keçə bilərlər, amma sonra…

Kənardan piramida kimi görünən «Sabah» daha çox səhvə sürükləyəcəklər. Orada daha nə TNS olacaq, nə «Kups».

Təsnifatın üçüncü mərələsindəki istənilən rəqib TNS ilə «Kups»u cibində gəzdirəcək qədər səviyyəlidir, «Sabah» ən problemli mövqeyinə təcili əlac etməlidir.

Hücumun sivri ucuna da kimisi almaq lazımdır. Coy-Lens Mikelsə bel bağlayıb mümkün qədər irəli getməyə inanmaq sadəlövhlük olar.

Almaniyalı bəzən elə fürsətləri boşa verir ki…

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti