“Seltik” bu dəfə “Sabah”dan onun üçün 2 milyon funt-sterlinq təklif etməyə hazırlaşır

17 İyul 09:20 Sabah 2 753
“Seltik” bu dəfə “Sabah”dan onun üçün 2 milyon funt-sterlinq təklif etməyə hazırlaşır

“Seltik” “Sabah”ın bingeri Aaron Maludanı transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə “scotsman.com” saytı məlumat yayıb.

Xəbərdə Qlazqo təmsilçisinin 20 yaşlı fransalı vingeri heyətinə qatmaqda israrlı olduğu bildirilir. Təsadüfi deyil ki, “Seltik” Maluda üçün 2 milyon funt-sterlinq təklif etməyə hazırlaşır.

Fransalı futbolçu ötən ilin yayından “Sabah”da çıxış edir. O, “bayquşlar”la 31 oyunda 9 qol vurub, 5 məhsuldar ötürmə edib.

“Seltik” bir müddət əvvəl “Qarabağ”dan Kamilo Duranı 5,5 milyon avroya transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Avqust 18:10 Çək və bizə göndər!