Valdas Dambrauskas yaxşı taktikdir.
Buna növbəti dəfə TNS səfərində şahid olduq.
İlk oyunda 0:2 məğlub olan UELS çempionunun ilk dəqiqələrdən hücuma atılacağı gözlənilirdi.
Amma böyük britaniyalılar heç də bu fikirdə deyildi.
Matçda öncə komandanın baş məşqçisi Kreyq Harrisonun açıqlaması belə düşünməyə əsas verirdi.
Stat: "Bizə qol lazımdır, amma həmin qol 80-cı dəqiqədə gəlsə də olar".
Açıq-aşkar "Masazırda olduğu kimi, yenə müdafiədə gözləyəcəyik" mesajı idi.
Litvalı mütəxəssis start fitindəcə topu rəqibə verməklə meydan sahiblərinin planını pozmuş oldu.
"Bayquşlar" məqsədli şəkildə TNS-in mərkəzə qədər topla rahat gəlməsinə şərait yaratdı.
Kreyq Harrison və komandasında "Sabah" qarşı hücumda da oynaya bilərik" fikri hakim oldu.
Tədricən önə çıxınca, Dambrauskasın istəyi tamı-tamına reallaşmış oldu.
Axı bu komandanın ən gözəl bacardığı iş sürətli əks-hücum etməkdir.
Etdi də...
Coy-Lens Mikelsin qolu məhz bu taktikanın barı idi.
Valdas Dambrauskas həmkarını saldığı tələdə "boğmağa" ilk qol yetdi.
Davamı hər kəsə məlumdur.
Vaxt udmaq, gücə qənaət etmək, ehtiyatda olanlar şans tanımaq lazım idi.
"Bayquşlar" sadaladıqlarımın hamısını ustacasına icra etdi.
İlk oyundakından da rahat qələbə qazanıldı.
Qarşıda isə KUPS səddi var.
TNS-dən daha güclü, amma yenə dişə uyğun bir rəqib....
XANOĞLAN / SPORTİNFO.AZ

