Azərbaycan çempionuna Böyük Britaniyada qələbə bəxş edən qollar - VİDEO

02:10 Sabah 70
Azərbaycan çempionuna Böyük Britaniyada qələbə bəxş edən qollar - VİDEO

"Sabah" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS-lə (Uels) cavab oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, İngiltərədəki "Park Hall Stadium"da keçirilən matç "Sabah"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu komandaların bir həftə əvvəl Bakıda oynanılan görüşündə "Sabah" 2:0 hesablı qələbə qazanmışdı. Beləliklə, hər iki matçın ümumi nəticəsinə əsasən, paytaxt təmsilçisi 2-ci təsnifat mərhələsinə yüksəlib.

"Sabah" ÇL-in 2-ci təsnifat mərhələsində "Kups" (Finlandiya) üz-üzə gələcək.

TNS isə yoluna Konfrans Liasının 2-ci təsnifat mərhələsində davam edəcək və “Flora” (Estoniya) – “İberia 1999” (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi

21:30. TNS (Uels) - "Sabah" (Azərbaycan) - 1:2

Qol: Coy Lens Mikels, 27 (0:1), Rəhman Daşdəmirov, 42 (0:2), Lok, 89 (1:2)

İlk oyun - 0:2

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 17:30 Çək və bizə göndər!