“Sabah”ın polyakı təəssüfünü gizlətmədi: “Pis deyil”

08:40 Sabah 121
“Sabah”ın polyakı təəssüfünü gizlətmədi: “Pis deyil”

“Biz Uels təmsilçisindən daha güclü komandayıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın legioneri Timoteuş Puxaç Çempionlar Liqasının I təsnifat mərhələsində TNS-i Masazırda 2:0 hesabı ilə məğlub etdikləri ilk oyun haqda deyib.

Polşalı müdafiəçi komandasının yaxşı oyun nümayiş etdirdiyini bildirib:

“Bu, yeni mövsümdə ilk rəsmi oyunumuz idi. Düşünürəm ki, yaxşı çıxış etdik və çoxlu qol epizodu yaratdıq.

Təəssüf ki, yalnız iki dəfə fərqlənə bildik. Bununla belə, qələbə qazandıq və qapımızı toxunulmaz saxladıq.

Pis nəticə deyil. İndi diqqətimizi cavab oyununa yönəltməliyik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 20:00 Çək və bizə göndər!