“Sabah”ı diqqətdə saxlayanlar üçün MÜHÜM XƏBƏR

11 İyul 23:00 Sabah 562
“Sabah”ı diqqətdə saxlayanlar üçün MÜHÜM XƏBƏR

Çempionlar Liqasına uğurlu start verərək ilk matçda TNS-i 2:0 hesabı ilə məğlub edən “Sabah” Uels səfərinə hazırlaşır.

"Bayquşlar” Britaniyaya oyundan iki gün əvvəl, iyulun 12-də yola düşəcək.

Çarter reysli təyyarə nümayəndə heyətini Bakıdan Liverpula aparacaq. Liverpuldan oyunun keçiriləcəyi Osvestri şəhərinə olan təxminən 100 km-lik məsafə avtobusla qət ediləcək. Klub və komanda üzvləri Osvestridə məskunlaşacaq.

“Sabah”ın oyunöncəsi son məşqçi Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq. Bundan yarım saat əvvəl isə baş məşqçi Valdas Dambrauskas mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq.

İyulun 14-də “Park Hall” stadionunda gerçəkləşəcək duel Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Azərbaycan çempionu mərhələni adlayacağı təqdirdə 2-ci mərhələdə KuPS (Finlandiya) – “Vardar” (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Komandalar arasında baş tutan ilk görüşdə KuPS səfərdə 2:0 hesabı ilə qələbə qazanıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!