Altı transfer "Sabah"ı qane etmədi, daha iki legioner yoldadır… SON DƏQİQƏ

11 İyul 14:00 Sabah 2 817
Altı transfer "Sabah"ı qane etmədi, daha iki legioner yoldadır… SON DƏQİQƏ

Premyer Liqanın son çempionu olan "Sabah"ın yeni transfer hədəfləri bilinib.

İlk dəfə Çempionlar Liqasında mübarizə aparan Masazır klubu iki mövqeyə yeni oyunçu almağı planlaşdırır.

Valdas Damsbrauskasın gücləndirmək istədiyi zonalar müdafiənin mərkəzi və hücumdur.

Baş məşqçi rəhbərliyin ona təqdim etdiyi siyahı əsasında seçim edib. Litvalı mütəxəssisin bəyəndiyi legionerlərlə hazırda danışıqlar gedir.

"Bayquşlar" bu yay 6 nəfərlə güclənib.

Yunis Laçabı ("Lill", Fransa - icarə) Eyden Makkarti ("Kayzer Çifs", CAR), Junior Erivaldo Almeyda ("Maritumu", Portuqaliya), Patrik Orfe Mbina ("Maribor", Sloveniya), Ksander Severina ("Makkabi" Hayfa) və Amin Ramazanov (son klubu "Qarabağ") düşərgəyə qoşulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Avqust 18:10 Çək və bizə göndər!