“Hələ heç nə həll olunmayıb, inkişaf üçün yer var”

02:00 Sabah 60
“Hələ heç nə həll olunmayıb, inkişaf üçün yer var”

"Sabah"ın yarımmüdafiəçisi Aleksey İsayev Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda Uels təmsilçisi TNS üzərində 2:0 hesablı qələbəni şərh edib.

Sportinfo.az xəbər verir ki, o, komandasının növbəti mərhələ şansları haqda isə bunları deyib:

"Oyunun əvvəlində bir az həyəcan var idi. Amma biz bunun öhdəsindən gəldik.

Qələbəyə baxmayaraq, hələ heç nə həll olunmayıb. Uelsdəki çətin cavab oyununa hazırlaşacağıq.

Növbəti turda yerimizi orada müəyyən edəcəyik. Biz öz futbolumuz haqda düşünürük.

Daha da yaxşı oyunlar gözləyirik. Hələ də inkişaf üçün yer var. Bu, yalnız mövsümün başlanğıcıdır.

Nəticələrimizlə hər kəsi sevindirməyə davam edəcəyik. Stadiondakı atmosfer əla idi.

Qarşıdakı matçlarda daha böyük azarkeş kütləsi gözləyirik. Bu oyunda da azarkeşlərin dəstəyini hiss etdik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:30 Çək və bizə göndər!