Bakıda uduzdular, bəhanə tapdılar: “Hesabı fəxr edirmiş kimi paylaşırsız, eləmi?”

9 İyul 23:00 Sabah 275
Bakıda uduzdular, bəhanə tapdılar: “Hesabı fəxr edirmiş kimi paylaşırsız, eləmi?”

“Sabah” Çempionlar Liqasındakı debüt matçında ilk qələbəsini qazandı.

1-ci təsnifat mərhələsinin ilk görüşü çərçivəsində “Bank Respublika Arena”da baş tutan oyunda təmsilçimiz TNS-i 2:0 hesabı ilə üstələdi.

Oyunu müdafiədən qurub əks-hücumlara bel bağlayan Uels təmsilçisi 90 dəqiqə ərzində ciddi heç ilə yadda qalmadı. Əksinə, “bayquşlar” qol imkanlarını sağa-sola xərcləməsəydi, darmadağın rəsmiləşəcəkdi.

Qarşılaşma göstərdi ki, Azərbaycan çempionu səfər görüşündə də qələbə qazanmaqla mərhələni adlayan tərəf olmağa əsas namizəddir.

Təəssüf ki, uelsli fanatlarfərqli fikirdədir. “Sabah”ın bütün komponentlərdə üstünlüyünü görməyən britaniyalı futbolsevərlər qazanılan qələbədə hakimin rolu olduğunu düşünür.

Klubun sosial media səhifələrində yazılan şərhlərin bir neçəsində polşalı hakimin günahlandırıldığını görmək mümkündür:

“Heç nə olmaz, uşaqlar. Gələn həftə Osvestridə (klubun təmsil etdiyi şəhərin adı – H.) əvəzini çıxarsınız”.

“Hakim rəqibin qələbəsi üçün hər şey etdi”.

“Bu hesabı fəxr edirmiş kimi paylaşırsız, eləmi?”

“Sabah” yaxşı oynadı, hakim isə daha yaxşısını etdi”.

“Daxili yarışlarda qarşınızı almaq olmur. Avrokuboklara gedəndə isə yolçuluğunuz uzun çəkmir”.

“0:2 fiasko deyil. Əzm və mübarizlik hesabına mərhələni adlamaq olar”.

Komandalar arasında iyulun 14-də “Park Hall” stadionunda keçiriləcək cavab qarşılaşması Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

HƏBİB / SPORTİNFO..AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti