“Sabah”ı Azərbaycan çempion etdi, Avropadan 4-5 təkliflə qapısını döydülər

13:00 Sabah 390
“Sabah”ı Azərbaycan çempion etdi, Avropadan 4-5 təkliflə qapısını döydülər

“Sabah”ı bu mövsüm tarixində ilk dəfə ölkə çempionu edən Valdas Dambrauskas qısa müddətdlə təklif bolluğuna düşüb.

Adını çəkdiyimiz baş məşqçiyə son həftələrdə 4-5 belə dəvət gəlib.

Yunanıstan, Polşa, Avstriya və Ukrayna klubları litvalı mütəxəssisə müxtəlif menecerlər vasitəsilə öz niyyətini çatdırıb.

Masazır komandası ötən ilin iyununda ona tapşırılıb. Baltikalı çalışdırıcı ilə 3 illik müqavilə bağlanıb.

Dambrauskas baş məşqçi karyerası ərzində Litvanın “Ekranas” (2013-2014), “Jalgiris” (2014-2017), Latviyanın RFS (2017-2020), Xorvatiyanın “Qoritsa” (2020-2021), “Hayduk” (2021-2022), Bolqarıstanın “Ludoqorets” (2021), Yunanıstanın “OFİ Krete” (2022-2023), Kiprin "Omoniya" (2024) və Macarıstanın “Dyoşdyor” (2025) klublarında çalışıb.

Bir dəfə Bolqarıstan çempionu (2020/21), iki dəfə Litva çempionu (2014/15, 2015/16), bir dəfə Latviya kubokunun (2018/19), üç dəfə Litva kubokunun (2014/15, 2015/16, 2016/17), bir dəfə Xorvatiya kubokunun (2021/22), iki dəfə Litva Superkubokunun (2015/16, 2016/17), bir dəfə isə Bolqarıstan Superkubokunun (2021/22) qalibi olub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti