Azərbaycan Premyer Liqasından Rusiya Premyer Liqasına getdi

2 İyul 09:20 Sabah 1 428
Azərbaycan Premyer Liqasından Rusiya Premyer Liqasına getdi

"Sabah"dan ayrılan İqor Noqeyranın yeni klubu məlum olub.

Sportinfo.az xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək.

Noqeyra "Rostov"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı futbolçu "sarı-göylər"lə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalayıb.

İqor Noqeyra 2024-cü ilin yayından "Sabah"da çıxış edirdi. Təcrübəli mərkəz müdafiəçisi Masazır təmsilçisinin heyətində meydana çıxdığı 62 rəsmi matçda 4 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!