“Sabah”ın eks baş məşqçisi bu klubun sükanı arxasına gətirildi

09:20 Sabah 223
“Sabah”ın eks baş məşqçisi bu klubun sükanı arxasına gətirildi

“Sabah”ın sabiq baş məşqçisi Jelko Sopiçin yeni iş yeri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bundan sonra Litvada çalışacaq.

Belə ki, 51 yaşlı məşqçi “Jalgiris”in “sükanı arxasına” gətirilib. O, son bir il yarım ərzində Litva çempionuna rəhbərlik edən Eivinas Çerniauskası əvəzləyib.

Jelko Sopiç 2019-cu ilin noyabrından 2020-ci ilin iyuluna qədər “Sabah”ı çalışdırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!