Braziliyalı “Sabah”ı 2 ildən sonra “Rostov”a dəyişdi

30 İyun 18:00 Sabah 1 391
Braziliyalı “Sabah”ı 2 ildən sonra “Rostov”a dəyişdi

“Sabah” müdafiəçi İqor Noqeyra ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Rusiyanın "Sport Express" nəşri isə Noqeyranın "Rostov"a keçəcəyini yazıb.

Noqeyra 2024-cü ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandada 62 oyun keçirib, 4 qol vurub. Noqeyra “Sabah”la 1 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM