“Sabah” Avstriyada növbəti yoldaşlıq görüşünü keçicərək.
Azərbaycan çempionunun bu dəfəki rəqibi Macarıstan çempionatını 2-ci pillədə başa vurmuş “Ferenetsvaroş”dur.
“Sabah”sevərlər yeni futbolçularla güclənmiş “Sabah”ı iş başında görmək üçün alışıb-yanır.
Təəssüf ki, “Universitatya Krayova” ilə matçı canlı izləmək mümkün olmamışdı.
Lakin “Ferentsvaroş”la qarşılaşmaya baxmaq mümkün olacaq.
Macarıstan nəhəngi yoxlama görüşünü “yutub” kanalı vasitəsilə yayımlayacağına dair sosial şəbəkə hesablarında anons verib.
Bazar günü Bakı vaxtı ilə saat 19:00-dan etibarən yayımlanacaq matça “Ferencarosi Torna Club” “yutub” kanalı səhifəsinə keçid etməklə baxa bilərsiniz.
“Tələbələr” Avstriya toplanışında ilk qarşılaşmanı Rumıniya təmsilçisi “Universitatya Krayova”ya qarşı keçirib ki, 90 dəqiqə ərzində qalib müəyyənləşməyib – 1:1.
“Ferentsvaroş”la duelin iyunun 28-də, Ukraynanın “Polissye” komandası ilə matç iyulu 2-də gerçəkləşməsi nəzərdə tutulub.
Maraq üçün bildirək ki, Premyer Liqanın son qalibi Çempionlar Liqasının 1-ci mərhələsində Uels təmsilçisi The New Saintslə (TNS) münasibətlərinə aydınlıq gətirəcək.
İlk oyun iyulun 7-də Bakıda, cavab görüşü bir həftə sonra Britaniyada baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ

