Buradan gedən kimi danışdı: “Çoxları bilmir ki, “Sabah” rəhbərliyi...”

12:40 Sabah 316
Buradan gedən kimi danışdı: “Çoxları bilmir ki, “Sabah” rəhbərliyi...”

“Tobol” un (Qazaxıstan) mərkəz müdafiəçisi Rayan Senhadji “Sabah”ın və Qazaxıstan millisinin qapıçısı Stas Pokatilovun çıxışını yüksək qiymətləndirib.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı əlcəzairli “ASnews”a müsahibəsində Azərbaycan futbolu və “Sabah” barədə danışıb.

Bu yay “Sumqayıt”dan “Tobol”a keçən Senhadji Pokatilovun Bakı klubunda özünü doğrultduğunu bildirib.

O, “Sabah”ın qapıçı seçiminin təsadüfi olmadığını deyib:

“Əgər belə ciddi klub Pokatilova güvənibsə, deməli, o, buna layiqdir. Çoxları bilmir ki, “Sabah” rəhbərliyi kadrların inkişafına, infrastruktura və azarkeşlərlə münasibətlərə ciddi yatırım edir. Klubun Azərbaycanda xüsusi aurası var”.

Senhadji Stas Pokatilovu Azərbaycan çempionatının ən güclü qapıçılarından biri saydığını vurğulayıb.

Onun sözlərinə görə, “Sabah”ın qolkiperini “Qarabağ”ın qapıçısı Mateuş Koxalski ilə birlikdə ölkənin ən yaxşıları sırasında göstərmək olar.

33 yaşlı Stas Pokatilov geridə qalan mövsümdə “Sabah”la Misli Premyer Liqasının və Azərbaycan Kubokunun qalibi olub. Qazaxıstanlı qapıçı çempionatda 30 oyunun 13-də qapısını toxunulmaz saxlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti