Rauf Rüstəmlinin yenidən "Sabah"a qayıdacağını xəbər vermişdik.
Valda Dambrauskas yarımmüdafiəçinin yay təlim-məşq toplanışında yanında olmasını istəyib.
Amma bu o anlama gəlməsin ki, Rüstəmli yeni mövsümə Masazır klubunda başlayacaq.
Litvalı mütəxəssisin onunla bağlı planı başqadır.
Millimizin sabiq üzvü bir şərtlə yola müqavilə ilə məxsus olduğu klubla davam edə bilər.
Əgər "Sabah" Çempionlar Liqasında mübarizəyə başlayacağı avrokuboklarda uğurlu ola bilsə.
Söhbət hansısa turnirin liqa mərhələsində iştirak etməkdən gedir.
Yalnız bu halda 22 yaşlı futbolçu mövsümü "bayquşlar"da keçirəcək.
Ki, iki cəbhədə mübarizə aparmaq asanlaşsın.
Əks təqdirdə Rauf son illər olduğu kimi, yenə digər klublarımızdan birinə icarəyə veriləcək.
Gənc futbolçu başa çatan mövsümün birinci hissəsini "Sumqayıt"da, ikinci yarısını isə "Karvan-Yevlax"da keçirib.
Ümumilikdə meydana çıxdığı 28 qarşılaşamda 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.Rauf Rüstəmlinin yenidən "Sabah"a qayıdacağını xəbər vermişdik.
Valda Dambrauskas yarımmüdafiəçinin yay təlim-məşq toplanışında yanında olmasını istəyib.
Amma bu o anlama gəlməsin ki, Rüstəmli yeni mövsümə Masazır klubunda başlayacaq.
Litvalı mütəxəssisin onunla bağlı planı başqadır.
Millimizin sabiq üzvü bir şərtlə yola müqavilə ilə məxsus olduğu klubla davam edə bilər.
Əgər "Sabah" Çempionlar Liqasında mübarizəyə başlayacağı avrokuboklarda uğurlu ola bilsə.
Söhbət hansısa turnirin liqa mərhələsində iştirak etməkdən gedir.
Yalnız bu halda 22 yaşlı futbolçu mövsümü "bayquşlar"da keçirəcək.
Ki, iki cəbhədə mübarizə aparmaq asanlaşsın.
Əks təqdirdə Rauf son illər olduğu kimi, yenə digər klublarımızdan birinə icarəyə veriləcək.
Gənc futbolçu başa çatan mövsümün birinci hissəsini "Sumqayıt"da, ikinci yarısını isə "Karvan-Yevlax"da keçirib.
Ümumilikdə meydana çıxdığı 28 qarşılaşamda 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
SPORTİNFO.AZ

