“Sabah”a çempionluq lazımdır, yoxsa kubok? - Bu da onun etirafı!

19:00 Sabah 91
“Sabah”a çempionluq lazımdır, yoxsa kubok? - Bu da onun etirafı!

“Sabah” dayanmaq bilmir.

Mövsümün əvvəlində əla sürət yığan “tələbələr” məğlubiyyət acısı tanımır.

Cari mövsümdə daxili yarışlarda yalnız bir oyunda “İmişli”yə uduzan Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv hər iki cəbhədə inamla irəliləyir.

Hadisələrin gedişatı Masazırı təmsil edən komandanın mövsümü “qızıl dubl”la başa vuracağından xəbər verir.

Bəs futbolçular nə düşünür? Premyer Liqada, yoxsa Azərbaycan kubokunda qalib adını qazanmaq real görünür? “Sabah”ın hər iki cəbhədə uğur qazanmaq üçün gücü var?

“Bayquşlar”ın yarımmüdafiəçisi Abdulax Xaybulayev mövzu ilə bağlı Sportinfo.az-a bunları deyib:

“Bura qədər gəlmişiksə, deməli, gücümüz çatıb, gücümüz var. Mövsümün sonuna az qalıb.

Bundan sonra daha məsuliyyətli və diqqətli olmalıyıq. Əlbəttə, qarşımızda duran hədəf mübarizə apardığımız yarışlarda qalib adını qazanmaqdır. H

ər bir futbolçunun arzusu titul qazanmaqdır. İstər Premyer Liqada, istərsə də ölkə kubokunda yaxşı şansımız var.

Əlimizdən gələni edəcəyik ki, uğur qazanaraq bizi sevənləri sevindirək. Hər oyuna qələbə əzmi ilə çıxacağıq. Sonluğun necə olacağını mayda görəcəyik”.

Premyer Liqada turnir cədvəlinə liderlik edən “tələbələr” Azərbaycan kubokunun ilk yarımfinal matçında səfərdə “Qarabağ”la bərabərə qalıb – 2:2.

Cavab oyunu aprelin 22-də “Bank Respublika Arena”da keçiriləcək.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti