“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan kubokunun yarımfinal mərhələsində “Qarabağ”la ilk oyundan danışıb.
Sportinfo.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçəni belə şərh edib:
“Mən hər iki komandanı göstərdikləri möhtəşəm oyuna görə təbrik etmək istəyirəm. Azarkeşləri də təbrik edirəm ki, belə möhtəşəm oyuna şahidlik etdilər.
Biz bu gün əziyyət çəkdik. Rəqib xüsusilə, ikinci hissədə bizə çox təzyiq etdi. Qoldan sonra çox yaxşı çıxış etdik.
Hər iki komandanın bəxtinin gətirmədiyini qeyd etmək olar. “Qarabağ”la yenə oyunlarımız olacaq. İnanıram ki, hər kəs bu oyunlardan zövq alacaq.
Biz birinci hissədə hesabda önə çıxsaq da, sonra bu üstünlüyü saxlaya bilmədik. Rəqibin göstərdiyi təzyiq çox yaxşı idi.
Biz sanki tam olaraq, oyuna daxil ola bilməmişdik. Çox bəsit ötürmələri itirdik. Əvvəlcədən qurduğumuz planı həyata keçirə bilmədik. İkinci hissənin sonlarında daha yaxşı çıxış etdik.
Müəyyən fasilədən sonra oyun ritmimizi itirmişdik. İnanıram ki, gələcək oyunlarda bunu düzəldəcəyik.
Rəhman bizim üçün çox önəmli oyunçudur. Bu gün çox yaxşı oynadı. Siz bizim məşqlərimizə baxsaz, onların oyun ritminin inanılmaz olduğunu görərsiz.
Mən bu gün onun oyunundan məmnun qaldım. İnkişaf etmək üçün heç zaman limit yoxdur.
Mən heç vaxt turnir cədvəlinə baxmıram. Bərpa olunmağa çalışacağıq. Əsas planımız gələcək oyunlarla bağlı olacaq.
Mən hazırda heç Avropa haqda düşünmürəm. Hələ qarşımızda çox uzun yol var.
Onu deyə bilərəm ki, “Sabah” çox ideal komandadır. Bizim çox yaxşı idarəetməmiz var.
Transferlərlə rəhbərlik maraqlanır. Skautlarımız daim işləyir. Sosial medianı oxumuram, Aleksey Kaşukla bağlı xəbərlər yalnız şayiədir.
Biz həmişə azərbaycanlı oyunçuların inkşafı üçün çalışırıq. Azərbaycanlı futbolçular Azərbaycan klublarının ürəyidir”.

