“Qarabağ”dan bunun bizə də aid olub-olmaması ilə maraqlandıq, dedilər ki...”

19:00 Sabah 144
“Qarabağ”dan bunun bizə də aid olub-olmaması ilə maraqlandıq, dedilər ki...”

Bu gün Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qarabağ" - "Sabah" oyunu keçiriləcək.

Oyundan öncə "Qarabağ" qadın və 15 yaşadək uşaq azarkeşlərə jest kimi biletlərin pulsuz veriləcəyini açıqlamışdı.

Lakin bu gün "Sabah"ın paylaşımında bu klubun qadın və uşaq azarkeşlərinə biletlərin pulsuz verilməyəcəyinə eyham vurulub.

Belə ki, Masazır təmsilçisi tərəfindən "Qarabağ"a müraciət edilsə də, Ağdam təmsilçisi tərəfindən bu kampaniyanın sadəcə bu klubun azarkeşlərinə şamil olunduğu bildirilib.

Bundan sonra "Sabah" öz azyaşlı və xanım azarkeşləri üçün biletlərin ödənişini edib.

"Qarabağ"ın öz qadın və uşaq azarkeşləri ilə "Sabah"ın müvafiq azarkeşlərinə fərqli yanaşması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Bu komandalar arasında görüş Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq.

Maasır klubunun mətbuat xtdmətinin rəhbəri Elnur Həmidov bununla bağlı Sportinfo.az-a açıqlama verib:

"Qarabağ"ın bu oyun üçün qadınlara və 15 yaşadək uşaqlara biletin ödənişsiz olacağı ilə bağlı məlumatı yayımlandıqdan dərhal sonra kluba müraciət edərək, bunun bizə də aid olub-olmaması ilə maraqlandıq.

Lakin qarşı tərəfdən bizə bunun ancaq "Qarabağ" azarkeşləri üçün keçərli olduğunu bildirdilər. Qeyd edim ki, komandamızın oyunlarına akademiyamızın bir çox üzvü valideynləri ilə birlikdə gəlirlər.

Bundan əlavə, klubumuzun azarkeşləri arasında da kifayət qədər 15 yaşa qədər azarkeş var.

Klub tərəfindən bizə göndərilən sorğuda bu azarkeşlərin hamısı üçün biletləri ancaq müvafiq ödənişlə əldə edə biləcəyimiz qeyd edildi.

Buna görə, akademiyamiyamızın yetirmələrinin və valideynlərinin biletləri üçün klubumuz tərəfindən müvafiq ödəniş edilldi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti