Azərbaycan çempionatının lideri onunla razılığa gəldi - Yarım milyon avro da versələr…

14:40 Sabah 280
Azərbaycan çempionatının lideri onunla razılığa gəldi - Yarım milyon avro da versələr…

“Sabah” müdafiəçisi Timoteuş Puxaçla bağlı qərarını verib.

Polşa mətbuatının yaydığı məlumata görə, Masazır klubu sol cinah oyunçusunu birdəfəlik transfer etmək niyyətindədir.

Mövsümün əvvəlində “Holşteyn Kil” dan (Almaniya) birillik icarəyə götürülən 27 yaşlı futbolçunun parlaq performansı “Sabah” rəhbərliyinin diqqətini çəkib.

Bu mövsüm Premyer Liqanın 23 oyununda 9 məhsuldar ötürmə verən Puxaçın birdəfəlik transferi ilə bağlı klublar arasında danışıqlara start verilib.

Onun özü də ölkəmizdə qalmaqda maraqlıdır. Puxaç “Sabah”ın heyətində avrokuboklarda çıxış edərək yenidən Polşa millisinə dəvət alacağını düşünür.

“Holşteyn Kil”lə “Sabah” arasındakı icarə müqaviləsində oyunçunun 600 min avro müqabilində birdəfəlik satılma bəndi var. Ancaq Premyer Liqamızın lideri məbləği aşağı salmaq üçün almanlarla danışıq aparır.

Tərəflərin tezliklə ortaq məxrəcə gəlməsi və Puxaçın “Sabah”la uzunmüddətli müqavilə imzalaması gözlənilir.

2021-2024-cü illərdə Polşa millisinin heyətində 15 oyun keçirən müdafiəçinin karyerasını ölkəmizdə davam etdirmək ehtimalı nə dərəcədə realdır?

Aldığımız son məlumata görə, «bayquşlar» Puxaçı şəxsi müqavilə şərtlərində razı salıb. O, hazırkı maaşıyla müqayisədə bir qədər artıq qazanc əldə edəcək.

“Holşteyn Kil”lə danışıqlar isə hələ yekunlaşmayıb. Almanlar güzəştə bir o qədər həvəs göstərmir. Son olaraq yarım milyon avro təzminat istəyiblər.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti