"Sabah"ın yarımmüdafiəçisi Umarali Raxmonaliyevin dəvət aldığı Özbəkistan yığması FİFA Seriyası çərçivəsində Venesuela ilə üz-üzə gəlib.
Spprtinfo.az xəbər verir ki, qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə yekunlaşıb.
Qalibin adı penaltilər seriyasında müəyyənləşib. On bir metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən Özbəkistan yığması 5:4 hesablı qələbəyə sevinib.
Umarali Raxmonaliyev matçı ehtiyat oyunçular skamyasından izləyib.
Özbəkistan yığması martın 27-də Qabon millisi ilə üzləşib və rəqibinə 3:1 hesabı ilə qalib gəlib.

