“Sabah” Almaniya klubu ilə razılaşma ərəfəsində - 600 min avro ödəyəcəklər?

00:40 Sabah 139
“Sabah” Almaniya klubu ilə razılaşma ərəfəsində - 600 min avro ödəyəcəklər?

“Sabah” Timoteuş Puxaçın transfer hüquqlarını tam şəkildə əldə etmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə Polşa mətbuatı yazıb.

Mənbənin bildirdiyinə görə, Puxaçın transferi üçün danışıqlar aparılır. Belə ki, tərəflər arasında imzalanmış icarə müqaviləsində 600 min avro qarşılığında transferin rəsmiləşdirilməsi bəndi mövcuddur.

“Sabah” məbləğin aşağı salınması istiqamətində Almaniya klubu ilə razılaşma ərəfəsindədir.

Qeyd olunub ki, razılaşma əldə olunarsa, Puxaçın uzunmüddətli müqavilə imzalaması gözlənilir.

“Sabah” 27 yaşlı futbolçunu mövsümün əvvəlində Almaniyanın “Holşteyn Kil” klubundan icarəyə götürmüşdü.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Mart 02:30 O da danışacaq
26 Mart 02:10 Milliyə aid MƏLUMAT