Artıq Azərbaycanın da öz “Real”ı var

21:15 Sabah 162
Artıq Azərbaycanın da öz “Real”ı var

Son ayların ən yaxşı futbolunu oynayan, rəqiblərə göz açdırmayan, onları meydanın özlərinə aid hissəsinə «həbs edən» bir komanda var Azərbaycanda.

O komanda nə «Qarabağ»dır, nə «Neftçi», nə bir qeyrisi. O komanda «Sabah»dır.

Çempionluğa layiq oyun sərgiləyən «Sabah» bu yay qızıl medalları boynundan asmasa, özündən küssün.

Artıq onları «Qarabağ» dayandıra bilməz. Arada çox ciddi xal və oyun fərqi yaranıb.

Bütün gücünü Çempionlar Liqasının əsas mərhələsində sərf etmiş «Qarabağ» fiziki və psixoloji cəhətdən tükənib, əldən, heydən, gücdən düşüb.

«Sabah» isə əksinə, gündən-günə, həftədən-həftəyə daha yaxşı təsir bağışlayır.

Bu «Sabah» mənə Joze Mourinyonun «Real»dakı ilk illərini xatırladır,

Mourinyonun «Real»ı l illərdə necə sürətli, ağıllı və baxımlı oynayırdısa, indi Valdas Dambrauskasın «Sabah»ı həmin futbolu izlətdirir.

Mourinyo bunu Ronaldo, Benzema, Ramos, Pepe kimi ulduzlarla edirdisə, onun litvalı həmkarı sərəncamındakı heyətdə ulduzun «u»su qədər olmayan futbolçularla ortaya belə gözəl iş qoyur.

O «Real» ilk 15-20 dəqiqə ərzində dəhşətli hücum kompleksi ilə qarşısındakıları tar-mar edib, sonradan əks-həmlələrlə nəticəyə gedirdisə, bu «Sabah» bütün matçboyu topa nəzarəti əlində və ayağında tutur, mümkün qədər çox fərqlənməyə can atır.

Həqiqətən şanslıyıq. Azərbaycanda bu cür komandanın mövcud olduğu üçün. Ona tamaşa etmək imkanı yaxaladığımız üçün.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti