Dünya çempionatını arzulayan “Sabah”ın özbəyi - O, nələri etiraf etdi?

16:30 Sabah 123
Dünya çempionatını arzulayan “Sabah”ın özbəyi - O, nələri etiraf etdi?

Yayda ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatında Azərbaycan Premyer Liqasında top qovan futbolçu çıxış edə bilər.

Söhbət “Sabah”ın uğurlu çıxışında əsas pay sahiblərindən sayılan Umarali Raxmonaliyevdən gedir.

22 yaşlı dayaq yarımmüdafiəçisinin adı Özbəkistan millisinin ilkin siyahısında yer alıb.

Lakin DÇ-yə aparılacaq futbolçularla bağlı son qərar olmadığından, Umaralinin mundial sevincini yaşayıb-yaşamayacağı məlum deyil.

Səbəbkar Sportinfo.az-a açıqlamasında məlum mövzu ilə bağlı arzusunu dilə gətirib:

“Dünyada elə bir futbolçu yoxdur ki, milli komandada oynamağı arzulamasın. Mən də həmin siyahıdayam.

“Sabah”da meydana çıxdığım hər matçda canımı qoyuram, əlimdən gələni etməyə çalışıram. Ümid edirəm ki, yığmanın baş məşqçisi Azərbaycan çempionatını diqqətdə saxlayır.

Komandamın Premyer Liqada və Azərbaycan kubokunda uğurla irəliləməsi baş məşqçinin diqqətindədir. Üstəlik, Premyer Liqanın səviyyəsi kifayət qədər yaxşıdır.

Millidə ciddi rəqabət var. Dünya çempionatına vəsiqə qazanmağımızın əsas səbəblərindən biri səviyyəli futbolçulara sahib olmağımızdır.

Həm Özbəkistan çempionatıda oynayan, həm də İranda, BƏƏ-də legioner həyatı yaşayan oyunçularımız var.

Ümid edirəm ki, mundiala aparılacaq heyətdə mənim də adım olacaq. Baş məşqçi şans versə, millimiz üçün əlimdən gələni edərəm”.

K qrupunda yer alacaq Özbəkistan seçməsnin rəqibləri Portuqaliya və Kolumbiyadır. Sonuncu komandanın adına martın 26-da və 31-də oynanılacaq pley-off görüşlərindən sonra aydınlıq gələcək.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti