“Neftçi”nin hücumçusundan sonra o... Premyer Liqada bu səddə çatdı

01:50 Sabah 72
“Neftçi”nin hücumçusundan sonra o... Premyer Liqada bu səddə çatdı

"Sabah"ın forvardı Coy Lens Mikels Misli Premyer Liqasının 2025/26 mövsümündə 15-ci qolunu vurub.

Sportinfo.az xəbər verir ki, o, 25-ci turun “Sumqayıt”la ev oyununda (3:1) fərqlənib.

Almaniyalı hücumçu 2-ci dəfə Premyer Liqada ən azı 15 qol səddinə çatır. O, 2022/23 mövsümündə 17 qola sevinib.

Mikels Azərbaycan çempionatları tarixində 2 fərqli mövsümdə 15 və ya daha çox qol vuran ikinci legioner olub.

Onadək yalnız Bahodir Nasimov bunu bacarıb. Özbəkistanlı forvard “Neftçi”nin heyətində 2010/11 mövsümündə 15, növbəti çempionatda 16 dəfə fərqlənib.(pfl.az)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Mart 02:50 Kim, harada, nə vaxt?