“Sabah”ın xorvatı “Qarabağ” sizi saxlaya bilərmi” sualına görün hansı cavabı verdi!

22:05 Sabah 225
“Sabah”ın xorvatı “Qarabağ” sizi saxlaya bilərmi” sualına görün hansı cavabı verdi!

“Mövsümün əvvəlində qarşımıza qoyduğumuz məqsədlər var. Ona doğru inamla irəliləməyə çalışırıq”.

“Sabah”ın futbolçusu İvan Lepinitsa Sportinfo.az-a açıqlamasında komandasının hazırkı çıxışı barədə danışıb.

Valdas Dambrauskasın gəlişindən sonra özü barədə müsbət fikirlər formalaşdıran “Sabah” cari mövsümdə yalnız bir oyunda məğlub olub ki, “İmişli”yə 0:1 hesablı sensasiyalı yenilgi ötən ilin avqustun 31-nə təsadüf edib.

Ötən mövsüm Azərbaycan kubokunu qazanan kollektiv apreldə ağır qrafikdə oynayacaq. Xüsusən “Qarabağ”la çempionat və iki kubok qarşılaşmaları həyat əhəmiyyəti daşıyacaq.

27 yaşlı xorvatiyalı yarımmüdafiəçi gərgin dönəm barədə söz açıb:

“Qarabağ”a, Azərbaycanın ən güclü komandasına qarşı oynamaq bizim üçün xoşdur. Hansı səviyyədə olduğumuzu görmək özümüz üçün də maraqlıdır.

Ona görə də bu oyunlardan zövq almağa, maksimumu etməyə çalışacağıq.

“Qarabağ” bizi saxlaya bilərmi? Bunu oyunlar göstərəcək.

Sözlə çox şey demək olar. Önəmli olan meydanda danışmaqdır. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk görüşləri çərçivəsində baş tutacaq “Qarabağ” – “Sabah” görüşü aprelin 3-də keçiriləcək. Cavab oyunu aprelin 22-də gerçəkləşəcək.

Komandalar arasındakı Premyer Liqa dueli aprelin 18-nə təsadüf edəcək.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti