Azərbaycanda adından söz etdirən Türkiyə çempionu nə etmək istəyir?

18:35 Sabah 227
Azərbaycanda adından söz etdirən Türkiyə çempionu nə etmək istəyir?

“Sabah”ın cari mövsümdə inamlı təsir bağışlamasında Timoteuş Puxaç danılmaz pay sahibidir.

Polşalı müdafiəçi lomandasının Azərbaycan kubokunda yarımfinala yüksəlməsində, eləcə də Premyer Liqanın turnir cədvəlində liderlik etməsində vurduğu qollar və etdiyi məhsuldar ötürmələrlə töhfə verməkdədir.

27 yaşlı sol cinah müdafiəçisi çempionatda şans qazandığı 22 qarşılaşmada 9 assistlə yadda qalıbsa, Azərbaycan kubokunda meydana çıxdığı 2 oyunda 2 qol vurub.

Razılaşaq ki, cinah müdafiəçisi üçün 24 görüşdə 2 qol vurub, 9 qolun ötürməsini vermək kifayət qədər xoş göstəricidir.

Puxaç “Sabah”dakı dönəmi karyerasının zirvəsi hesab etmir. Daha öncə bundan da üstün məhsuldarlıq nümayiş etdirdiyini gizlətmir.

Öz oyunu ilə Boyan Letiçin yoxluğunu unutduran polşalı Sportinfo.az-a açıqlamasında “Sabah”dakı şəxsi hədəfindən söz açıb:

“İndiyə qədər oynadığım bütün komandalarda məhsuldarlıq nümayiş etdirmişəm.

Əlbəttə, ən parlaq dönəmini “Kayzerslautern”də yaşamışam. 2023/24 mövsümündə 2-ci Bundesliqada 1 qol vurub, 10 assist etmişdim.

Almaniya kubokunda isə 3 məhsuldar ötürmə vermişdim. Bir mövsümdə 13 qolun ötürməsini vermək, fikrimcə, yaxşı göstəricidir.

“Sabah”da da eyni məhsuldarlığı göstərmək, şəxsi rekordumu təzələmək istəyirəm.

“Trabzonspor”da Türkiyə çempionu olmağım, “Kayzerslautern”in heyətində Almaniya kubokunun finalında “Bayer Leverkuzen”ə qarşı oynamağım mənim üçün unudulmazdır.

Ümid edirəm ki, “Sabah”da həm şəxsi rekordumu yeniləyəcəyəm, həm də karyeramda növbəti titulu qazanacağam”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti