Misli Premyer Liqasının XXV turunda lider "Sabah" növbəti qələbəsini qazanıb.
Sportinfo.az xəbər verir ki, "Bank Respublika Arena"da "Sumqayıt"ı qəbul edən Bakı kollektivi 3:1 hesablı qələbə qazanıb.
Ev sahibi komandanın qollarını Kahim Parris (24), Coy-Lens Mikels (49) və Velko Simiç (70) vurublar. Qonaqların heyətində isə Nsana Simon (90+1) fərqlənib.
Xallarının sayını 62-yə çatdıran "Sabah" turnir cədvəlinin vahid lideridir. "Sumqayıt" isə 32 xalla yeddinci sırada qərarlaşıb.
“Sabah” – “Sumqayıt” 3:1
“Bank Respublika Arena”, 1000 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Zöhrab Abbasov, Şirmamed Mamedov
Dördüncü hakim: Vüqar Həsənli
VAR: Kamranbəy Rəhimov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Sarı vərəqə: Kahim Parris, 34 (qeyri-idman hərəkəti)
Qollar: Kahim Parris, 24; Coy Lens Mikels, 49; Velko Simiç, 71 // Nsana Simon, 90+1
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 2 dəq.
“Sabah”
92. Stas Pokatilov (k)
10. Aleksey İsayev
(22. Zinedin Uld Xaled, 84)
20. Coy Lens Mikels
(99. Patrik Mbina, 87)
21. Velko Simiç
(9. Xəyal Əliyev, 84)
40. İqor Noqeyra
80. Akim Zedadka
3. Stiv Solvet
27. Timoteuş Puxaç
13. İvan Lepiniça
11. Kahim Parris
(70. Cesse Sekidika, 74)
7. Umarali Raxmonaliyev
(6. Abdulax Xaybulaev, 84)
Ehtiyat oyunçular:
55. Nicat Mehbalıyev
12. Rauf Əyyubov
17. Tellur Mütəllimov
2. Amin Seydiyev
5. Rəhman Daşdəmirov
53. Andrey Santos
83. Stefen Ende
Baş məşqçi: Valdas Dambrauskas
“Sumqayıt”
22. Xəyal Fərzullayev
8. Səbuhi Abdullazadə (k)
75. Nadir Orucov
97. Vüsal Paşayev
9. Aleksandr Ramalinqom
(21. Nihad Əhmədzadə, 74)
72. Rayan Senhadjic
(3. Höccət Haqverdi, 74)
6. Sedrik Badolo
33. Danilo Beskorovaynıy
23. Ronaldo Vaskez
(7. Rüstəm Əhmədzadə, 60)
71. Masaki Murata
(10. Nikola Ninkoviç, 60)
11. Aleksa Yankoviç
(95. Nsana Simon, 68)
Ehtiyat oyunçular:
12. Murad Ağamalıyev
56. Aftandil Arixov
29. Emil Mustafayev
24. Sənan Muradlı
37. Nihad Orucəli
Baş məşqçi: Saşa İliç

